Mərkəzi Bank bu gün hərracda 50 mln. dollar satıb

Mərkəzi Bank bu gün hərracda 50 mln. dollar satıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, yanvarın 7-də mütəşəkkil banklararası bazarda keçirdiyi valyuta hərracında 50 mln. ABŞ dolları satıb.

Bununla da bankların cari tələbinin təxminən 20%-nin qarşılandığı bildirilir.
Aktual.az "Report"a istinadən xəbər verir ki, hərracdan dərhal sonra nağd dolların alış-satış məzənnəsi 1,65-1,70 AZN/USD-dən 1,75-1,80 AZN/USD-yə qədər yüksəlib. Hazırda satışın 1,80-dən həyata keçirildiyi bildirilir.
"Bank dairələrindən verilən məlumata görə, sabah AMB-nin hərrac keçirməyəcəyi bildirilir. Belə olarsa, həftə sonu nağd dolların satış məzənnəsinin 2,00 AZN/USD-yə qədər yüksəlmə ehtimalı yaranır", - deyə "Report"un analitikləri vurğulayıb.

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR