Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan verilən məlumata görə, 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 11 bank tərəfindən məcmu tələb 23,850 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.