Mərkəzi Bank 50 milyon manat cəlb edəcək

Mərkəzi Bank 50 milyon manat cəlb edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən Aktual.az-a  verilən məlumata görə, dekabrın 5-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir. Hərrac "Bloomberg” ticarət platformasında keçiriləcək. 
 
Aktual.az
Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR