Mərkəzi Bank 50 milyon manat cəlb edir

Mərkəzi Bank 50 milyon manat cəlb edir

Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

Aktual.az  xəbər verir ki, "APA-Economics”in məlumatına görə, oktyabrın 24-da keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 28 gün təşkil edir.

Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.

Hərrac "Bloomberg” ticarət platformasında keçiriləcək
 
Aktual.az 
Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR