Bakı Ağır Cinayətlər Məhkəməsində Altay Həsənovun (1975-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə prosesi başa çatıb.
Aktual.az-ın məlumatına görə, bu il avqustun 16-da Sabirabad rayon sakini 1-ci polis bölməsinə müraciət edərək, Mərdəkan qəsəbəsində yaşayan bacısı, 34 yaşlı Yasəməndən iki gündür ki xəbər olmadığını bildirib. Daxil olan şikayətlə əlaqədar araşdırma başlanılıb və məlum olub ki, qadın yaşadığı Qasımov küçəsində qeyri-rəsmi yaşadığı Altay Həsənov tərəfindən qətlə yetirilib. Yasəmən Novruzovanın
meyiti ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb və müayinəyə göndərilib, Həsənov isə saxlanılaraq istintaqa təqdim edilib.
Cinayəti törədən əvvəllər məhkum olunan Altay Həsənov buna qədər bir neçə dəfə qeyri-rəsmi ailə həyatı qurub, hər dəfə də qadınları döydüyü üçün onlar 2-3 aydan sonra ondan ayrılıblar. Yasəmən Novruzova 4 aylıq hamilə olub.
Dindirmə zamanı Həsənov bildirib ki, gecə saat 1 radələrində həyat yoldaşı əmisi oğlu ilə mobil telefonla danışıb. Buna görə, o əsəbiləşib və arvadını plastik boru ilə döyməyə başlayıb. Nəticədə Yasəmən aldığı ağır xəsarətlərdən ölüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Aktual.az
Xəbər 1111 dəfə oxunub.