Mərakeş Azərbaycana başsağlığı verdi

Mərakeş Azərbaycana başsağlığı verdi

Mərakeşin Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib.
 
Bu barədə Aktual.az-a səfirlikdən məlumat verilib.
 
"Orxan Əsgərovun faciəli şəkildə qətlə yetirilməsi və Azərbaycanın Tehrandakı səfirliyinin daha iki əməkdaşının yaralanması xəbəri bizi dərindən kədərləndirib. Mərakeş səfirliyi O.Əsgərovun ailəsinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir”, - qeyd edilib.
 
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Xəbər 192 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR