Mənzillər niyə ucuzlaşmır?

Mənzillər niyə ucuzlaşmır?

“Aprel ayında Bakıda mənzillərin qiyməti əvvəlki ayla müqayisədə 4 faiz aşağı düşüb”.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə  iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.

Onun sözlərinə görə, hətta hazırki qiymətlər də reallığı əks etdirmir: “Süni tələb yaratmaq məqsədi ilə bu ilin əvvəlində 2016-cı ildə kəskin qiymət artımlarının olacağını söyləyənlər vardı. Öncə də proqnozlaşdırdığımız kimi qiymət azalmaları gözlənilən idi. Amma yenə də mənzillərin mövcud qiyməti real qiymət deyil. Ölkə üzrə orta aylıq əmək haqqı və gəlirlik səviyyəsini nəzərə alsaq, qiymətlər indikidən xeyli aşağı olmalıdır. Orta aylıq əmək haqqı ilə nəinki Bakının mərkəzində, hətta mərkəzə yaxın ərazilərdə belə bir kvadratmetr mənzil sahəsi almaq mümkün deyil. Təəssüf ki, əmlak bazarındakı himayə olunan “makler-biznesmənlər” kəskin qiymət azalmalarına imkan vermilər”.

Ekspert məhz bunun nəticəsi olaraq bazara çıxarılan əmlakın əksəriyyətinin satışının maklerlər tərəfindən idarə edildiyini qeyd edir: “Buna görə də, qiymət azalmalarına baxmayaraq, qiymət mənzilin mövcud alıcılıq qabiliyyətinə əsasən formalaşmalı olan real bazar dəyərindən daha yüksək təklif edilir. Bu baxımdan, düşünürəm ki, əmlak bazarında maklerlərin fəaliyyətini məhdudlaşdıran rəsmi qaydaların qəbul edilməsi və tətbiq olunmasına ehtiyac var. Əks halda, bu maklerlər süni qiymətlər ilə çox evsizlərin mənzil almaq arzularını “dəfn edəcəklər””.

Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR