Bakıda mənzildən oğurluq olub.
"Report”un xəbərinə görə, Nərimanov rayonu 1-ci Cıdır döngəsi ev 25 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Əlisoltan Əliyevin evindən qapının kilidini sındırmaqla 2 600 manat, 1 200 ABŞ dollar və 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Polis faktla bağlı araşdırma aparır.
Aktual.az
Xəbər 449 dəfə oxunub.