Prezident İlham Əliyev Samir Rafiq oğlu Nuriyevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Aktual.az-ın president.az-a istinadən məlumatına görə, sərəncama əsasən, S. Nuriyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Samir Nuriyev Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin olunub.