Xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov İsveçə səfər edib.
Bu barədə Qaynarinfo-ya xanəndənin özü məlumat verib. Sənətçi bildirib ki, Nizami ili ilə bağlı İsveçdə iki konsert proqramı ilə çıxış edəcək.
Onlardan biri dekabrın 17-də Stokholmda, ikincisi isə dekabrın 19-da Malmoda olacaq.
Mənsum İbrahimovla birlikdə Xalq artisti Elçin Haşımov, Əməkdar artist Elnur Əhmədov, Kamran Kərimov da çıxış edəcək.
Xəbər 1102 dəfə oxunub.