"Mənim üçün ən böyük söyüş anamın Xoşqədəmə baxıb ağlamasıdır" - Elşən Musayev


Bir Allah, bir də dostlarım şahid ki, efir biabırçılıqları ilə bağlı yetərincə tənqidi yazılar yazmışam, sözümü demişəm, iradlarımı bildirmişəm...


Amma yenə də hər şeyə rəğmən bir etirafda bulunacam: Bütün inandıqlarıma and olsun, ən böyük söyüş eşitdiklərimiz və qulaq şahidi olduqlarımız deyil!

Şəxsən mənim üçün ən böyük söyüş - ziyalı anamın və mənim anam kimi minlərlə (bəlkə də yüz minlərlə) ananın Xoşqədəmin verilişinə baxıb ağlamasıdır!

Mənim üçün ən böyük söyüş - həmin anaların Zaurları, Elgizləri öz oğullarına örnək göstərməsidir!

Mənim üçün ən böyük söyüş - manısa toyda 5 saat oxuması üçün verdiyimiz 15 min manatın efirdən özümüzə, üzümüzə tüpürcək şəklində qayıtmasıdır!

***

Əl çəkin, Vaqif Mustafayevdən. Əl şəkin "Spase"dən. Canım üçün düz deyirəm, əl çəkin. Günah onların deyil, özümüzündür...

Bizik - akademiklə, ziyalı ilə bir stolda oturmaqdan imtina edib, kənarda hansısa fahişə müğənni ilə şəkil çəkdirənlər. Hələ üstəlik, bununla qürurlananlar!

Bizik - layiqsizləri mindirdiyimiz başımızda sonradan ağrı, yük axtaranlar!

Bizik - düşük verilişləri izləyib, reytinqə "oturdub", tələb - təklif arasındakı disbalansı pozub, ardınca dil altda deyinənlər!

Bizik, namussuz, alçaq, oğraş dediyimizə onlarla üzbəüz qaldığımızda kompliment yağdıranlar!

İndi kimi ittiham edirik?!....

Xəbər 30652 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR