Türkiyədə keçiriləcək parlament seçkilərinə bitərəf namizəd olan məşhur müğənni İbrahim Tatlısəs siyasi arenadakı hədəfini açıqlayıb.
Musavat.com-un məlumatına görə, məşhur müğənni sosial şəbəkədəki hesabında bunları yazıb: "Doğru olanın yanındayıq, əyrilərlə işimiz yoxdur. Şüarımız doğru siyasət, dürüst siyasət, işsizliyin həlli üçün aparılan siyasətdir".
Müğənni siyasətlə məşğul olma səbəbini isə belə açıqlayıb: "Gənclərimiz ölməsin analarımız ağlamasın, uşaqlarımız yetim qalmasın deyə siyasət! Mənim siyasət anlayışım budur".
Qeyd edək ki, İbrahim Tatlısəs AKP-dən deputatlığa namizəd olmaq istəsə də, onun bu istəyi qəbul edilməmişdi. Bundan sonra İbrahim Tatlısəs bitərəf olaraq namizədliyini irəli sürdü.
// Aktual.az