“Mənim Səsim” Seçki Monitorinq Koalisiyası ƏHD Partiyasının deputatlığa namizədləri ilə görüş keçirib

“Mənim Səsim” Seçki Monitorinq Koalisiyası ƏHD Partiyasının deputatlığa namizədləri ilə görüş keçirib

"Mənim Səsim” Seçki Monitorinq Koalisiyası Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının qərargahında partiynın deputatlığa namizədləri ilə görüş keçirib.
 
Aktual.az xəbər verir ki, görüşdə ƏHD Partiyasının baş katibi Yaşar Kələntərli, deputatlığa namizədlər Niyaməddin Orduxanlı, Əli Həziquliyev, Azər Qasımov Mahir Zeynalov və Əli İbrahimov, Koalisiya üzlərindən isə Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi ictimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənənyarlı iştirak edib.
 
ƏHD Partiyasının baş katibi Yaşar Kələntərli partiyanın seçki prosesində iştirakından danışıb və namizələrlə bağlı məlumat verib. Yaşar Kələntərli bildirib ki, partiya 11 namizədlər növbədənkənar parlament seçkilərində iştirak edir: "Namizədlər təbliğat-təşviqat kampaniyasını yüksək səviyyədə aparırlar. Çalışacağıq ki, parlamentdə daha çox millət vəkili ilə təmsil olunaq”.
 
Yaşar Kələntərli əlavə edib ki, partiyanın qeydiyyatdan keçən müşahidəçiləri demək olar ki, Dairə Seçki Komissiyalarının bütün məntəqələrini əhatə edir.
Koalisiya üzvü Novella Cəfəroğlu qurum olaraq seçki prosesində fəal iştirak edəcəklərini önə çəkib. O, həmçinin partiyanın namizədləri ilə bağlı məlumat alıb: "İlk olaraq ƏHD partiyasını ziyarət etdik. Bundan sonra görüşlərimiz davam etdiriləcək”. Novella Cəfəroğlu seçki prosesində fəallığın vacibliyini önə çəkib.
 
Səadət Bənənyarlı isə koalisiya barədə məlumat verib. Bildirib ki, təşkilatın müşahidəçiləri respublika üzrə qeydiyyatdan keçiblər. Onun sözlərinə görə, 530 müşhaidəçiləri var və məntəqələr üzrə müşahidə aparacaqlar.
 
Səidə Qocamanlı da öz növbədində seçki prosesi və qarşıda duran vəzifələrdən danışıb.
 
ƏHD Partiyasının deputatlığa namizədləri Niyaməddin Orduxanlı, Əli Həziquliyev və digərləri də öz fikirlərini bölüşüblər.
 
Görüş daha sonra diskussiya şəklində davam edib.
 
Qeyd edək ki, "Mənim Səsim” Seçki Monitorinq Koalisiyasına Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi ictimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənənyarlı, Sosioloq Əhməd Qəşəmoğlu, politoloq Adəm İsmayıl Bakuvi daxildir.



Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR