Mənə deyirlər ki, Rusiyaya tüpür… - Batyadan şok

Mənə deyirlər ki, Rusiyaya tüpür… - Batyadan şok
  • DÜNYA

İndi bizə məsləhət görürlər, hər tərəfdən üstümə tökülürlər: "Burdan geri çəkil, oranı azad et”. Burdan başlayıb belə bitirirlər: "Rusiyaya tüpür, ona arxa çevir. Ukrayna ilə birlikdə Rusiyaya qarşı vuruş. Biz NATO qoşunlarını Smolensk yaxınlığındakı sərhədə gətirəcəyik”.
Aktual.az xəbər verir ki, bu sözləri Belarus lideri Aleksandr Likaşenko Respublika Pedoqoji Şurasında çıxış edərkən deyib.
O əlavə edib ki, hər tərəfdən ona müxtəlif təkliflər verirlər, ölkə isə bu təkliflərin 99%-ni qəbul edə bilməz.
Lukaşenko bildirib ki, bunları deməklə hansı vəziyyətdə olduqlarını, hansı durumda yaşadıqlarını hamının başa düşməsini istəyir:
"Sizə deyə biləcəyim tək şey budur. Və mən bu gün çox şey deyə bilmərəm: bütün digər suallar mənə aiddir. Öz işinizlə məşğul olun, mən də hökumətdəki həmkarlarımla, yüksək vəzifəli məmurlarla birlikdə işimi görəcəm”.
O qeyd edib ki, Belarus ətrafında indiki kimi mürəkkəb situasiya heç vaxt olmamışdı:
"Amma ölkə dözməlidir! Hamımız suveren və müstəqil olmaq istəyirik. Onu necə saxlamaq olar - hər kəs bu barədə düşünməlidir. Buna hazır olun. Hər şey bizdən – müəllimlərdən başlayır”.
Xəbər 114 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR