“Mən fəxr edirəm ki, azərbaycanlıyam”

“Mən fəxr edirəm ki, azərbaycanlıyam”

“Mən fəxr edirəm ki, azərbaycanlıyam”layihəsi çərçivəsində rəsm müsabiqəsi qaliblərinin sərgisi açılıb


Sentyabrın 26-da  Bakı Xətai Sənət Mərkəzində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB), Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının texniki dəstəyi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi qaliblərinin sərgisi açılıb. Tədbirdə çıxış edən TUMİB-in sədri Çingiz Bayramov rəsm müsabiqəsinin qaliblərini təbrik edib və layihə haqqında məlumat verib.


 Bildirilib ki, müsabiqəyə Qazax, Ağstafa, Şəki, Quba, Lənkəran, Masallı və digər rayonlardan olan gənclərin 200-dən çox əsəri təqdim olunub. Bu əsərlərdən 50-yə yaxın yeniyetmə və gəncin rəsmləri qənaətbəxş sayılıb. Müsabiqədəki nominasiya üzrə 14-18 yaşarası yeniyetmələr və 18-29 yaşarası gənclər mükafatlandırılıb.


 Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun məsul işçisi Rahu Qurbanova, Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun işçisi Kənan Əliyev, Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri KözhanYazgan, Nazirlər Kabinetinin əməkdaşı Rövşən Məmmədov, GəncliyəYardım Fondunun vitse-prezidenti Salman Əliyev və digər çıxış edənlər yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması və istedadlarının inkişaf etdirilməsi baxımından tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Daha sonra müsabiqə iştirakçıları diplomlarla təltif olunublar.



Xəbər 5384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR