Məmur vətəndaşı arvadının yanında təhqir etdi

Məmur vətəndaşı arvadının yanında təhqir etdi

Elektrik Paylayıcı Şəbəkənin rəhbəri Aydın Məmmədov Lerikdəki oyunlarını Cəlilabadda təkrarlayır

Əslən Ağdam rayonundan olan, hazırda isə Cəlilabad rayonunun Gülməmmədli kəndində yaşayan Qürbət Səfərov yerli Elektrik Paylayıcı Şəbəkənin müdiri Aydın Məmmədovun təhqirləriylə üz-üzə qalıb. Bu barədə JAM.AZ-a sözügedən şəxsin özü məlumat verib.

O bildirib ki, aprelin 26-sı gecə saat 22:00 radələrində Aydın Məmmədov onun həyətinə soxularaq, onu təhqir edib. Səbəb də bu olub ki, guya, kənd sakini evinə qeyri-qanuni elektrik xətti çəkib. «BBirbaşa üzümə dedi ki, işıq dirəyi almağa görə 200 manat verməliyəm. Yalnız bundan sonra evimə verilən elektrik enerjisini bərpa edə bilər. Razılaşmadığım üçün məni elə həyat yoldaşımın yanındaca təhqir etdi».

Qürbət Səfərov səhəri gün Cəlilabad EPŞ-nin müdiri Aydın Məmmədovun yanına gələrək, qəbuluna düşüb. «Qapını açıb içəri girən kimi, dedi ki, 200 manatı gətirmisən? Buna etiraz etdiyimdə yenidən təhqir etməyə başladı. Sonra da masanın üzərindəki külqabını götürərək, başıma vuracağını dedi. Bu adam psixi xəstədir. Onu tanıyanlar da bilir ki, Aydın Məmmədovun yeri vəzifə deyil. Belə ədəbsizliyi, haqsızlığı heç bir yerdə görməmişəm».

Gülməmmədli kənd sakini JAM.AZ-a bildirib ki, Aydın Məmmədov və işçiləri hər gecə reydlər keçirirlər. Vətəndaşların həyətlərinə icazə almadan daxil olub, cüzi borca görə belə işıqlarını kəsirlər. «İstəyim budur ki, Aydın Məmmədovun əməllərinə hüquqi qiymət verilsin. Bu adam bütün əndazələri aşıb və məmur davranışlarını da bir kənara qoyaraq, camaatla qoçu kimi danışır».
Xatırladaq ki, Aydın Məmmədov Cəlilabad EPŞ-də işləməmişdən əvvəl Lerik rayonunda eyni vəzifəni tutub. Lakin Lerikdə camaata qan uddurduğu üçün, habelə işdə yol verdiyi ciddi nöqsanlara görə, vəzifəsindən qovulub. Onun Cəlilabad EPŞ-yə rəis təyin olunması isə indiyə qədər hamı üçün müəmma olaraq qalır. Çünki bu adamın yenidən işə götürülməsinin özü qeyri-mümkün hesab olunur.

Qarşı tərəfi də dinləməyə hazırıq.

// JAM.AZ

Xəbər 4921 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR