Bakı Ağır Cinayətlər Məhkəməsində Lerik rayon sakini Vüqar Rüstəmovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, ötən il yanvarın 7-də Nizami RPİ və rayon prokurorluğunun əməkdaşları Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülməyə xarakterik) və qolları bağlı vəziyyətdə olan meyitini kirayədə yaşadığı 8-ci kilometr qəsəbəsi, R. Rüstəmov küçəsindəki mənzildə aşkar ediblər. Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən gənc 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam dairə Seçki komissiyasının sədri Vahid Abbasovun oğludur.
Keçirilən istintaq-əməliyyat tədbirləri ilə qətli törədən şəxsin Vüqar Rüstəmov olması müəyyən edilib və o, təxminən 1 aydan sonra tutulub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Aktual.az
Xəbər 3237 dəfə oxunub.