İtaliya Baş naziri Corcia Meloni İsrailin Qəzzaya yollanan yardım donanmasındakı 22 italyanı saxlamasından sonra bu təşəbbüsü tənqid edib.
Aktual.az xəbər verir ki, bu barədə Meloni Danimarkada keçirilən Avropa Birliyi sammitində danışıb.
"Düzdür, bu insanların tezliklə İtaliyaya qaytarılması üçün əlimizdən gələni edəcəyik. Lakin mən hələ də inanıram ki, bütün bu cəhdlər fələstinlilərə heç bir fayda vermir”, - deyə Meloni bildirib.
Bundan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tayani parlamentdə 22 italyanın saxlanıldığını təsdiqləmişdi:
"Mənə rahatlıq verən odur ki, əməliyyat zamanı hər hansı zorakılıq və ya ciddi insident baş verməyib, qaydalara əməl olunub”.
Xəbər 54 dəfə oxunub.