Meloni dünya liderlərindən aldığı hədiyyələri satır

Meloni dünya liderlərindən aldığı hədiyyələri satır
  • DÜNYA

İtaliyanın Baş naziri Corciya Meloni dünya liderlərdən aldığı qiymətli hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarmağı planlaşdırır.
Aktual.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
"Siyahıda ümumilikdə 270 əşya var. Bunların arasında Özbəkistan Baş nazirinin qızıl və brilyant üzük hədiyyəsi, Slovakiya liderindən zərgərlik dəsti hədiyyəsi (broş, üzük və sırğalar), Narendra Modinin Qandinin gümüş büstü bəxşişi, Viktor Orbanın çini qab hədiyyəsi və Zelenskidən lövhə hədiyyəsi yer alır. Həmçinin dizayner mebelləri, brend aksessuarlar və geyimlər, eləcə də dünyanın hər yerindən ənənəvi geyimlər də satış siyahısındadır. Hədiyyələrin ilkin dəyəri 800 milyon avrodan çoxdur. Üstəlik, bir çox əşyalar tarixi və ya mədəni dəyər daşıdığı üçün son məbləğ daha da yüksək ola bilər”, - məlumatda deyilib.
Qanuna görə, dövlət başçısı 300 avrodan çox dəyərində hədiyyələrdən istifadə edə bilməz, onlar Palazzo Kijidəki xüsusi anbarda saxlanılır, məhz buna görə də sözügedən hədiyyələrin satışlarından əldə edilən gəliri yoxsullara kömək üçün istifadə etmək qərarı verilib.
Xəbər 54 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR