Meloni Beynəlxalq Cinayət Məhkəməsinə verildi

Meloni Beynəlxalq Cinayət Məhkəməsinə verildi
  • DÜNYA

İtaliyanın Baş naziri Corciya Meloni barəsində Qəzzada "soyqırımda iştirak” ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsinə şikayət verilib.
Aktual.az xəbər verir ki, bu barədə Meloni RAI dövlət televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, siyahıda müdafiə naziri Qvido Krozetto, xarici işlər naziri Antonio Tayani və "Leonardo” müdafiə konserninin rəhbəri Roberto Çinqolani də var:
"Düşünmürəm ki, dünyada və ya tarixdə buna bənzər ikinci hal olub”.
Lakin o, iddiaları konkret kimin qaldırdığını açıqlamayıb.
Xəbər 63 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR