Xalq artisti Məleykə Əsədova həftə sonunu qızı ilə atçılıq mərkəzində keçirib.
Aktual.az axşam.az-a istinadən xəbər verir ki, Gülər imtahandan uğurla keçdiyi üçün anası onun arzusunu yerinə yetirib.
İstirahətindən fotoları sosial şəbəkədə paylaşan M.Əsədova bunları qeyd edib:
"Həftə sonu Gülərimin əyləncə günüdür. Qızım məktəbində imtahanlarından yüksək qiymətlər və sertifikat alıb. Bu səbəblə onu atçılıq mərkəzinə gətirmişəm. Bizim at hələ balacadır, ona xüsusi diqqət göstərirlər. Gülərə ingilis atı ilə dərs keçirlər. Müəllimi irlandiyalıdır. Heç kim bilməyən qədər həyatımı qızımın tərbiyəsinə, savadına, bir sözlə, varlığına həsr etmişəm. Qızım üçün arzularım böyükdür".
// Aktual.az