ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna ilə bağlı gördüyü işlərə görə tarixə düşəcək.
Aktual.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Düşünürəm ki, sonda onun tarixə möhtəşəm birinci xanımlardan biri kimi düşəcəyini görəcəksiniz. Onun Rusiya və Ukrayna ilə nələr etdiyini görəndə... O, inanılmaz dərəcədə çox çalışır”, - o bildirib.
Qeyd edək ki, Melaniya Tramp Rusiya tərəfindən oğurlanan ukraynalı uşaqların geri qaytarılması və müharibə nəticəsində ayrılmış ailələrin yenidən birləşdirilməsi üçün çalışır.
Xəbər 54 dəfə oxunub.