Bakıda məktəblinin qətlə yetirilməsi ilə bağlı Nizami rayon Prokurorluğunda başlanan cinayət işi Bakı Şəhər Prokurorluğuna göndərilib.
1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanın qətlə yetirilməsi faktı Bakı şəhər Prokurorluğunun istintaq şöbəsində araşdırılacaq.
Qeyd edək ki, hadisə aprelin 29-da paytaxtın Nizami rayonunda Bəhruz Nuriyev küçəsi 81 ünvanında qeydə alınıb. Gürcüstan vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib. İ. Hüseynov saxlanılıb.
A. Babayeva Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.(APA)