Məktəblərdə dinlə bağlı fənn tədris olunmayacaq - Komitə sədri

Məktəblərdə dinlə bağlı fənn tədris olunmayacaq   - Komitə sədri

“Orta məktəblərdə dinlə bağlı xüsusi fənn tədris olunmayacaq”.

Bu fikirləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, orta məktəblərdə “Həyat Bilgisi” dərsliyində dinlər barədə məlumat verilir: “O cümlədən ədəbiyyat və tarix dərslərində də bu barədə məlumatlar var. Belə bir fikir vardı ki, 10-cu sinifdə bir rüb ərzində dinlə bağlı dərs keçirilsin. Sonradan belə qənaətə gəlindi ki, bunun əvəzində həmin dərsliklərdə dinlə bağlı xüsusi olaraq dində yaranmış müxtəlif cərəyanlar, radikal qruplar haqqında məlumatlar geniş şəkildə verilsin. Bu variant üzərində dayanılıb”.

M. Qurbanlı İrəvanda Göy Məscidin taleyi məsələsinə də aydınlıq gətirib: “Qədim Azərbaycan torpağında olan bütün məscidlər xalqımıza məxsusdur. İrəvandakı “Göy Məscid” də Azərbaycana məxsusdur. Lakin Ermənistan Göy məsciddən təbliğat vasitəsi kimi istifadə etməyə çalışır. Bir məqamı qeyd etmək istəyirəm ki, Qara Dnəiz İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndələri İrəvanda olarkən Göy Məscidə də baş çəkmişdilər.

O məscidə baxan şəxs də ermənidir, islam dininə mənsub olan şəxs deyil. Ermənistan bütövlükdə türkçülüyə, İslama düşməndir. Ermənistanın İranla Göy məscidlə bağlı apardığı müzakirə də gözdən pərdə asmaq üçündür”.

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR