Azərbaycanın Təhsil Nazirliyi orta məktəblərdə 5 günlük dərs həftəsinin ləğvi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Aktual.az xəbər verir ki, nazirlikdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 5 günlük dərs həftəsinin ləğvi gözlənilmir və yayılan məlumatlar həqiqətə uyğun deyil.
Qeyd edək ki, orta məktəblərin yenidən 6 günlük tədris sisteminə keçidi təklif olunur. 5 günlük dərs sisteminin tədris vəsaitini qavramaq üçün yetərli olmadığı göstərilir.
Ekspertlər isə təhsilin müddətinin onun keyfiyyətinə təsir etmədiyini bəyan edirlər. Onların fikrincə, təhsilin müddəti keyfiyyətlə ölçülmür.