Məktəblərdə 3 mindən çox müəllim yeri boşdur

Məktəblərdə 3 mindən çox müəllim yeri boşdur

Azərbaycanda məktəblər üzrə təxminən 3 mindən çox müəllim yeri vakantdır. 
 
Aktual.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. 
 
Onun sözlərinə görə, vakant yerlər dərs saatları daha az olan və ucqar rayonlarda yerləşən məktəblərdədir:

"Bu il təxminən həm müddətli, həm də müddətsiz şərtlərlə işə qəbul edilənlərin sayı 6 min nəfərdir. İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul olacaq".


Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR