Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun avqustun 15-dən sentyabrın sonunadək aparılmasını nəzərdə tutulub.
Aktual.az APA-ya istinadən bildirir ki, bu, təhsil naziri Mikayıl Cabbarovun "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının icrası barədə" imzaladığı əmrdə əksini tapıb.
Əmrdə qeyd olunub ki, məktəbəhazırlıq qrupları təşkil olunacaq məktəblərdə sənədlərin qəbul günləri və saatları, tələb olunan sənədləri, sənədləri qəbul edən şəxsin adı, soyadı və telefonlarını, açılacaq qrupların sayını, eləcə də tədris dilini (dillərini), məşğələlərin başlanıb başa çatmasını, nümunəvi ərizə formasını əhatə edən məlumatların məktəbin əsas giriş qapısının qarşısında yerləşdirilməlidir.
Əmrdə o da bildirilir ki, məcburi köçkün məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb edilirlər.