Məktəbəhazırlıq qrupları mərhələlərlə açılacaq

Məktəbəhazırlıq qrupları mərhələlərlə açılacaq

Azərbaycanın orta məktəblərində 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qruplarının açılması ilk olaraq 2011-ci ildə doğulan və hazırda 5 yaşı olan uşaqlara şamil olunacaq.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov jurnalistlərə açıqlamasında deyib.

2016-2017-ci tədris ilindən başlayaraq Azərbaycanın orta məktəblərində məktəbəhazırlıq qruplarının açılacağını deyən A.Əhmədov əlavə edib ki, Nazirlər Kabinetinin "Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında" qərarında nəzərdə tutulduğu kimi, bu proses müəyyən mərhələlərlə həyata keçiriləcək. Hədəf 2020-ci ilə qədər uşaqların məktəbəhazırlıqla əhatə dairəsini 90 faizə çatdırmaqdır.

Nazirlik rəsmisinin sözlərinə görə, bu kursların ilk mərhələdə hansı məktəblərdə təşkil olunacağı, hansı müəllimlərin dərs keçəcəyi müəyyənləşdirilib:
"Suallardan biri ondan ibarətdir ki, bu müəssisələrin işi məktəbəhazırlıq qruplarına təsir edəcəkmi? Qətiyyən etməyəcək və proses paralel olaraq gedəcək. Məktəbəqədər qruplar bütün uşaqları əhatə etmək iqtidarında deyildi. Amma hökumətin qərarı ilə artıq məktəblərdə dövlət büdcəsinin vəsaiti hesabına təşkil ediləcək məktəbəhazırlıq qrupları şagirdlərin əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq. Bütün ölkəni əhatə edəcək bu qruplar Azərbaycan və rus bölməsində olacaq".

Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR