Məktəbdən qovulur, 20 il sonra isə milyarder olur - Milyonçular silsiləsindən

Məktəbdən qovulur, 20 il sonra isə milyarder olur  - Milyonçular silsiləsindən

Onlar əvvəlcə sabun, sonra saqqız satmaqla varlanıblar. Hazırda ailə bizneslərinin illik gəliri 5 milyard dollardır. Onlar saqqızın dünyada yayılmasının əsas baiskarları sayılırlar. Söhbər Riqlilərdən gedir.

Aktual.az publika.az-a istinadən  "Milyonçu" layihəsi çərçivəsində “Wrigleys” şirkətinin yaradıcısı Ulyam Riqlini tədim edir.

Məktəbdən qovulur

Ulyam Riqli 1861-ci il yanvarın 30-da Filadelfiyada anadan olub. Onun atası sabun istehsalı ilə məşğul olan kiçik sahibkar idi, Riqlinin biznesə qoşulmasında da bu, böyük rol oynayır. Belə ki, o, ailəsi üçün daim narahatlıq qaynağıydı. İdarəolunmaz xarakterinə görə hətta bir neçə dəfə məktəbdən qovulmuşdu. Nəhayət, atası onu qarşısına otuzdurub: “Sənin təhsil həyatın bitdi. Bundan sonra işlə məğul ol, bəlkə, səndən bir şey alına” deyir. Beləliklə, Riqli atasının fabrikində işə başlayır. Həftənin bütün günləri hər gün 10 saat işləyərək bunun müqabilində yarım dollar pul alsa da, o, vəziyyətindən razı idi. Düşünürdü ki, işləmək daha yaxşıdır, nəinki dərsdə darıxmaq. Bir il sonra Ulyamın fabrikdə vəzifəsi artır - ona sabunları furqonlara yükləyib, küçələrdə satmaq həvalə edilir. Atasının Çikaqoda biznesini yoluna qoymaq məqsədilə 29 yaşında bu şəhərə gəlir. Qeyd edək ki, o zaman Çikaqodakı biznesləri çox zəif idi. Ulyam alıcı cəlb etmək uçun atasına "bir sabun alana bir çətir hədiyyə" kampaniyasını reallaşdırmağı təklif edir. Onun izahı isə belə olur: “İnsanlar havayı nəsə almağı çox sevilər”. Çox keçmir ki, gələcəyin iş adamı sabun alana qabartma tozu da hədiyyə etməyə başlayır. 1892-ci ildə qabartma tozu şüşəsinin içərisinə iki ədəd saqqız yerləşdirmək qərarına gəlir. Tezliklə saqqızın qabartma tozundan daha çox istifadə olunduğunu görür. Bu səbəbdən də özünün şəxsi saqqız istehsalı müəssisəsini yaratmaq qərarına gəlir. Düzdür, həmin ərəfədə çoxlu sayda şirkət saqqız istehsal etsə də, Amerikanın saqqız bazarı bir o qədər də inkişaf etməmişdi. Deyilənə görə, Ulyam biznesə başlayanda cibində cəmi 32 dollar olub. O istehsal etdiyi ilk saqqızlara "Lotta və Vassar" adını verir. 1893-cü ildə bazara “Juicy Fruit”, daha sonra “Wrigleys Spearmint” saqqızlarını çıxarır. Yeri gəlmişkən, sektorda özünə yer etmək üçün Ulyam gərgin rejimdə işləyir. Hətta çox vaxt saqqızları özü satır və bu zaman istehlakçılarla ünsiyyətdə olaraq onların fikirlərini öyrənirdi. Satışa stimul verən isə “alana hədiyyə” kampaniyası idi. Ulyam “Wrigleys Spearmint” saqqızlarını alanlara təklif edilən hədiyyələrin kataloqunu belə hazırlamışdı. Bura lampadan tutmuş ülgücə qədər daxil idi.

Reklamdan istifadə edən ilk istehsalçı

Ulyam Riqli reklamdan istifadə etməyə qərar verən ilk saqqız istehsalçısıdır. O, öz məhsulunu qəzetlərdə, jurnallarda və küçələrdəki reklam lövhələrində təbliğ etməyə başlayır. Reklam kampaniyası o qədər uğurlu alınır ki, Riqli beynəlxalq bazara çıxış əldə edir. O, 1910-cu ildə Kanadada, 1915-ci ildə Avstraliyada, 1927-ci ildə İngiltərədə, 1939-cu ildə isə Yeni Zellandiyada saqqız istehsal edən zavod açır.1923-cü ildə isə şirkət Nyu-York fond birjasının siyahısına daxil edilir. 1920-ci ildə “Wrigleys” artıq 9 milyard ədəd saqqız istehsal edirdi.

1932-ci ildə, “Wrigleys”in dövriyyəsinin artdığı zamanda Ulyam Riqli vəfat edir. Ulyamın sərvətini qızı Doroti Riqli və oğlu Filip Riqli dövr alır. Onlar 45 il ərzində “Wrigley”i idarə edirlər.

Bazardakı bütün saqqızlar ABŞ hərbi qüvvələrinə göndərilir

1939-cu ildə İkinci Dünya müharibəsi başlayır. Saqqız istehsalı üçün lazım olan xammalın təchizatında problemlər yaşanmağa başlayır. Maraqlıdır ki, paralel olaraq da saqqıza tələbat durmadan artır. Amerika ordusunun ehtiyaclarını qarşılamaq üçün şirkət özünün ən populyar olan “Wrigleys-Spearmint”, “Doublemint” və “Juicy Fruit” saqqız növlərini sərbəst satışdan yığışdırmalı olur. 1944-cü ildə bu növdə istehsal edilən bütün saqqızlar müstəsna olaraq ABŞ hərbi qüvvələrinə göndərilirdi. Çünki Amerika rəhbərliyi əsgərlərin psixoloji gərginliyi saqqız vasitəsilə aradan qaldırdığına inanırdı. Müharibə bitdikdə və saqqız istehsal etmək üçün bütün məmulatlar tam olaraq əldə edildikdə “Juicy Fruit”, “Doublemint” və “Spearmint” mağaza vitrinlərinə geri dönür. Bir neçə il ərzində məhsula tələbat o dərəcədə artır ki, şirkət əldə edilən vəsaitlər hesabına Filippin, Fransa, Avstriya, Keniya və Tayvanda yeni zavodlar inşa etdirir.

İllik gəliri 5 milyard dollardır

Hazırda “Wrigleys” dünyada ən nəhəng saqqız istehsalçılarından biridir və planetin 150-dən çox ölkəsini öz məhsulları ilə təmin edir. Şirkətin illik gəliri 5 milyard dollardır. Şirkətin hazırkı çeşidlərinə "Big Red", "Bubble Tape", "Spearmint", "Doublemint", "Eclipse", "Freedent", "Hubba Bubba", "Juicy Fruit", "Orbit", "Skittles", "Starburst", "Rondo", "Tunes", "Wrigleys", "Winterfresh" daxildir. Onu da bildirək ki, 2008-ci ildə “Mars” şirkəti “Wrigleys”i 23 milyard dollara satın alıb. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən “Wrigleys”in bütün ortaqlarına hissələrinin hər birinə görə 80 dollar pul ödənilib.

Riqli dinastiyası

Qeyd etdiyimiz kimi, Ulyamın sərvətini qızı Doroti Riqli və oğlu Filip Riqli dövr alır. Onlar ataları vəfat etdikdən sonrakı 45 il ərzində “Wrigley”i idarə edirlər. Daha sonra ailə biznesi F.Riqlinin oğlu Ulyam Riqli II-yə keçir. Onun rəhbərlik etdiyi dövrdə şirkətin biznes uğurları artır. 2005-ci ildə 72 növdə məhsul istehsal edilir.

Hazırda Ulyamın sərvətinin həcmi 2,6 milyard dollardır. O, “Wrigley”in İdarə Heyətinin rəhbəri və direktorudur.

// Aktual.az

Xəbər 6512 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR