Məktəb partalarından 3 ton narkotik çıxdı

Məktəb partalarından 3 ton narkotik çıxdı
  • DÜNYA

Beyrut limanının gömrük xidməti Misirə göndərilməsi nəzərdə tutulan üç ton narkotik vasitə aşkarlayaraq müsadirə edib.


Aktual.az APA-ya istinadən bildirir ki, narkotik vasitə sayılan kaptaqon (amfetamin əsasında hazırlanan sintetik narkotik) və həşiş məktəb partalarında gizlədilib.

Qeyd edək ki, bundan əvvəl Livan ordusu Bekaa vadisində kaptaqon istehsalı üzrə iki gizli zavod aşkarlayıb. Bundan başqa ərazidə silah anbarı da aşkarlanıb. Avtomat, pulemyot, müxtəlif döyüş sursatları, minaatan mərmiləri müsadirə edilib. Cinayətkarların axtarışları davam etdirilir.

Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR