Meksikanın Azərbaycandakı səfiri - Sumqayıtda

Meksikanın Azərbaycandakı səfiri   - Sumqayıtda

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovla görüşüb.

Səfirlikdən Aktual.az-a verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri və bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Səfir R. Labardini ölkələrimiz arasında əməkdaşlığın potensialı, qarşılıqlı tanınma və yaxınlaşmaya xidmət edən mədəniyyətlər arasındakı oxşarlıqları qeyd edib.

Z. Fərəcov sənaye şəhəri olan Sumqayıtın tarixindən danışıb.

Görüşün sonunda tərəflər əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmlənməsinə dair istəklərini ifadə ediblər.

Qeyd edək ki, səfər çərçivəsində R. Labardini Sumqayıt Kimya Sənaye Parkındakı müxtəlif fabrikləri ziyarət edərək orada həyata keçirilən istehsal prosesləri ilə tanış olub. 

Xəbər 558 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR