Meksikada 7,2 bal gücündə zəlzələdən sonra 59 təkrar yeraltı təkanlar qeydə alınıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə Meksikanın Milli Seysmoloji Xidməti öz "Twitter" səhifəsində yazıb.
"Yerli vaxtla saat 19.30-a qədər 122 afterşok qeydə alınıb", - yazıda deyilir.
Qeyd edək ki, bugün Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ baş verib.
Xəbər 299 dəfə oxunub.