Mexiko ştatının prokuroru Alexandro Qomes Tultepek şəhərindəki fişəng bazarında baş vermiş partlayış nəticəsində 26 nəfərin öldüyünü təsdiqləyib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Vanguardia portalı hadisə nəticəsində 100-dək insanın itkin düşdüyünü bildirir.
Meksika prezidenti Enrike Penya Nyeto ölən insanların yaxınlarına başsağlığı verib.
Mağazalardan birində baş verən partlayış və yanğın qısa zamanda bazardakı 300 ticarət obyektindən 290-nı məhv edib. Partlayışlar yerli sakinlər arasında çaxnaşmaya səbəb olub, onlardan çoxu evini tərk edib.
Tultepek şəhəri Meksikanın fişəng istehsalı üzrə mərkəzlərindən biri hesab edilir. San-Pablito bazarı bu istiqamət üzrə ən iri bazardır, burada 300-dən çox mağaza var. Hadisə zamanı bazarda 2 minə yaxın adam olub, belə ki, katolik miladı ərəfəsində çox adam fişəng alır.
Aktual.az
Xəbər 232 dəfə oxunub.