Meksikanın insan haqları üzrə milli komissiyasının sədri Luis Qonsales Perez bildirib ki, ölkənin federal polisi 2015-ci ilin mayında Miçoakan ştatında cinayətkarlarla toqquşmadan sonra 22 nəfəri qanunsuz edam edib.
Aktual.az APA-ya istinadən bildirir ki, qeyd edək ki, söhbət Tauato bələdiyyəsi ərazisində baş vermiş toqquşmadan gedir. O zaman 42 cinayətkar ölüb, üç nəfər yaralanıb, 1 polis həlak olub.