Məkkədəki faciə ilə bağlı daha bir şok iddia

Məkkədəki faciə ilə bağlı daha bir şok iddia
  • DÜNYA

Sentyabrın 24-də Səudiyyə Ərəbistanında Mina dağında baş verən basırıqda hökumətin dediyi kimi, 769 nəfər deyil, 1500-ə qədər insan həlak olub.

Bu barədə Associated Press agentliyi apardığı təhqiqatın nəticəsinə əsasən məlumat yayıb.

AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, əgər məlumat doğrudursa, bu, müsəlmanların Məkkə ziyarəti tarixində ən böyük faciədir.

Səudiyyə Ərəbistanı hökuməti ABŞ agentliyinin məlumatını hər hansı şəkildə təkzib etməyib. Eyni zamanda, kral Salman digər faciədə - sentyabrın 11-də qaldırıcı kranın Məkkənin əsas məscidinin üzərinə aşması nəticəsində həlak olanların və yaralıların ailələrinin hər birinə bir milyon Səudiyyə rialı məbləğində təzminat verilməsini əmr edib. Həmin hadisə zamanı 111 nəfər həyatını itirmişdi.

Xəbər 722 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR