Məkkədə həcc ziyarəti başladı

Məkkədə həcc ziyarəti başladı
  • DÜNYA

Bu il həcc ziyarətinə gedənlərin sayının 2 milyon olacağı gözlənilir.

Dünyanın hər tərəfindən Səudiyyə Ərəbistana gələn minlərlə insan çərşənbə axşamı həcc ziyarətinə başlayıblar.

ANS PRESS-in məlumatına görə, zəvvarlar ağ paltarlarda Məkkədən Mina vadisinə yola düşüblər.

Daha sonra zəvvarlar həccin əsas mərhələlərindən birini həyata keçirmək üçün Ərəfat dağına üz tutacaqlar. Dindarların əksəriyyəti, ahıl yaşlılar və fiziki məhdudiyyətli insanlar istisna edilməklə, 25 kilometr olan məsafənin piyada kecəklər.

Bu il həcc ziyarətinə gedənlərin sayının 2 milyon olacağı gözlənilir. Müqqədəs yerlərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Məlumatlara görə zəvvarların təhlükəsizliyini qorumaq üçün 100 min polis işçisi cəlb olunub.

Sentyabrın 11-i həccə hazırlıq gedən zaman Məkkədə yerləşən Məscidül-Həramda inşaat kranı uçub. Səudiyyə Ərəbistanı rəsmilərinin verdiyi məlumata görə, hadisə nəticəsində 107 nəfər həlak olub. Ölənlər arasında Səudiyyə Ərəbistanının, İranın, Hindistanın, Nigeriyanın, Malayziya və İndeziyanın vətəndaşları da olub.


Həcc ziyarətini həyata keçirən zəvvarlar

Bundan əlavə sentyabrın 20-də Məkkədə uçqun hadisəsi baş verib. Gecə saatlarında dağ uçaraq yaxınlıqda yerləşən mehmanxanaya ciddi ziyan vurub. Uçqun zamanı mehmanxananın divarı tamamailə dağılıb və nəticədə iki nəfər zəvvar dağıntılar altında qalaraq dünyasını dəyişib.

// Aktual.az

Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR