Mehriban Əliyevanin amnistiya təklifi dünyaya insani mesaj idi - Azər Verdiyev

Mehriban Əliyevanin amnistiya təklifi dünyaya insani mesaj idi   - Azər Verdiyev

Bildiyimiz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin (MM) deputatı Mehriban Əliyeva 28 May - Respublika Günündə yeni amnistiya aktının qəbul olunması ilə bağlı MM-ə müraciət edib. 

Amnistiya aktına münasibət bildirəm ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər verdiyev Birinci xanımın bu addımının dünyaya yeni humanizmlik modelini gətirdiyini dedi: “Bu vaxta qədər Mehriban xanım Əliyeva tərəfindən üç dəfə böyük amnistiya layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb. Bu, sayca dördüncüsüdür və 28 May — Respublika Gününə təsadüf edir. Mehriban xanımın bu dəfə irəli sürdüyü amnistiya haqqında qərar layihəsi isə daha çox adamı əhatə edəcək. Amnistiya aktının 10 min məhbusu əhatə edəcəyi gözlənilir. Layihədə 3500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur. Mehriban xanım Əliyevanın təqdim etdiyi indiki amnistiya haqqında müraciətə qədər Azərbaycanda bu yöndə 10 qərar qəbul olunub. 7 amnistiya aktı ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə qəbul edilib. Dünyada baş verən proseslərə nəzər salsaq görərik ki, Mehriban Əliyevanin amnistiya təklifi dünyaya insani mesaj idi”

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR