Mehriban Əliyeva Leyla Əliyeva ilə açılışda - Fotolar

Mehriban Əliyeva Leyla Əliyeva ilə açılışda   - Fotolar

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Zirə qəsəbəsində Suraxanı rayonundakı 2 saylı uşaq evi üçün inşa edilən “Dalğa” yay düşərgəsinin iyunun 22-də açılış mərasimi olub.

Aktual.az xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva düşərgənin rəmzi açılışını bildirən lenti kəsiblər.

Mehriban Əliyeva düşərgə binasında uşaqların səmərəli və maraqlı istirahəti üçün yaradılan şəraitlə tanış olub. Heydər Əliyev Fondunun prezidentinə məlumat verilib ki, 2015-ci ilin yanvarında başlanılan tikinti işləri bu ilin may ayında yekunlaşıb. Nəticədə uşaqların istirahəti üçün ən müasir şərait yaradılıb. Suraxanı rayonundakı 2 saylı uşaq evinin 3 yaşdan 18 yaşadək sakinləri bu gündən burada istirahət edəcəklər. Düşərgənin əsas məqsədi isə uşaqların yay istirahətini səmərəli keçirmələrini təmin etməkdir. 120 nəfər üçün nəzərdə tutulan bu düşərgədə müxtəlif yaş qruplarına aid uşaqlar üçün yaddaqalan yay istirahəti təşkil ediləcək. Düşərgədə balacalar və yeniyetmələr musiqi ilə məşğul olmaq, müasir kompyuterlər vasitəsilə informasiya- kommunikasiya texnologiyalarına yiyələnmək imkanı qazanacaqlar, rəsm sahəsində istedadlarını inkişaf etdirəcəklər. Düşərgənin kitabxanasında bir çox sahələrə dair ədəbiyyat toplanıb. Müəssisənin geniş yeməkxanası balacaların və yeniyetmələrin vaxtında və düzgün qidalanmalarını təşkil etməyə şərait yaradır. Burada, həmçinin oyun zalı, emalatxana, dərs, istirahət otaqları da var. İkinci və üçüncü mərtəbə isə yataq korpusu üçün ayrılıb. Düşərgədə uşaqların əylənmələri üçün maraqlı tədbirlər təşkil ediləcək.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada 2 saylı uşaq evinin balaca sakinləri ilə görüşüb.



Xəbər 515 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR