Mehmana kəndində ermənilər tərəfindən törədilən vandalizm aktı sübut edir ki, erməni üçün heç bir mənəvi dəyər yoxdur - ŞƏRH

Mehmana kəndində ermənilər tərəfindən törədilən vandalizm aktı sübut edir ki, erməni üçün heç bir mənəvi dəyər yoxdur - ŞƏRH

Erməni vandalizminin və vəhşiliyinin uzun illər, hətta on illər, əsrlər boyu davam etməsi tarixi faktlarla sübut olunur. Bu həm də ifşa prosesidir. Həmin ifşada nəzərəçarpan, əsas diqqət çəkən məqam isə odur ki, məlum vandalizm və vəhşilik bir tək müsəlman ölkələrinə, türklərə qarşı deyil, elə xristianlara qarşı da eyni formada törədilib.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

Onun sözlərinə görə, son günlər 1-ci Qarabağ müharibəsinə qədər əvvəllər Ağdərə, daha sonra isə Kəlbəcər ərazisində yerləşən və yunanların cəm olduğu Mehmana kəndində ermənilər tərəfindən törədilən vandalizm aktı geniş müzakirə olunmaqdadır.

"Bu, həmin yunanlardır ki, 19-cu əsrin əvvəlində Rus-Türk müharibəsindən sonra Tərtər çayının 19 km-də məskunlaşıblar və on illər boyunca Azərbaycan ərazisində yaşayıblar. Eyni zamanda öz adət-ənənələri, öz kilsələri olub və düz 1-ci Qarabağ müharibəsinə qədər kimsə onlara toxunmayıb. Yəni, onların azərbaycanlılarla, Azərbaycan dövləti ilə problemi olmayıb. Çox rahat bir şəkildə həyatlarına davam ediblər. Amma müharibə başlayan kimi ermənilər yunanlara qarşı əsl vəhşilik siyasəti yürüdüblər. İşğaldan sonra isə həmin vəhşilik daha da artıb. Erməni vandallar yunanları öz yurdlarından didərgin salıblar, kilsələrini dağıdıblar, evlərini yandırıblar. Şahidlər söyləyir ki, kənddən çıxmayan, öz evlərində qalmaq istəyən çoxlu sayda insandan bu günə qədər ümumiyyətlə xəbər yoxdur. Ehtimal edilir ki, onlar işgəncə ilə öldürülüb.

Bütün bu deyilənlər və tarixi faktlar bir daha sübut edir ki, erməni üçün heç bir mənəvi dəyər yoxdur. Heç ümumi dinə mənsub olmağın da əhəmiyyəti yoxdur. Bu vəhşilər qarşılarına çıxan məscidləri də, kilsələri də eyni formada dağıdıblar. Bu vandallar müsəlmanı da, xristianı da eyni şəkildə qətl ediblər", - deyə o əlavə edib.

Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR