Məhkəməyə SMS-lə çağıracaqlar

Məhkəməyə SMS-lə çağıracaqlar

Azərbaycanda məhkəmə bildirişlərinin çatdırılması qaydalarında yeniliklər edilir.

Aktual.az  xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Mülki Prosessual Məcəlləyə yeni maddə əlavə olunur.

Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan 138.5-ci maddəyə görə, iqtisadi mübahisələr üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə" informasiya sistemində qeydiyyatdan keçiblərsə, məhkəmə bildirişləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat elektron qaydada (elektron poçt və ya SMS vasitəsilə) çatdırılır.
 
Layihə artıq Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR