Məhkəmə quldurluqda təqsirləndirilən şəxsləri azadlığa buraxdı

Məhkəmə quldurluqda təqsirləndirilən şəxsləri azadlığa buraxdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Zahid İsmayılov vəElnur Əsədlinin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Aktual.az  report-a istinadən bildirir ki, hakim sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkili Adəm Məmmədov çıxış edib.
Vəkil hüquqlarını müdafiə etdiyi şəxslər barəsində bəraət verilməsini istəyib.
Məhkəmənin hökmü ilə hər iki şəxs barəsində bəraət hökmü çıxarılıb.
Onlar məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Z.İsmayılov və E.Əsədli quldurluqda təqsirli bilinərək saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəldildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törəldildikdə) maddəsi ilə ittiham olunub.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslər 2015-ci ildə Binəqədi rayon ərazisində marketdən 130 manat pulu quldurluq yolu ilə ələ keçiriblər.

Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR