Qırğızıstan Konstitusiya Məhkəməsi ölkə Prezidenti Sadır Japarovun uşaqlara qarşı ağır cinayətlərə görə ölüm hökmünün tətbiq edilməsinə imkan verən konstitusiyaya düzəliş təklifini rədd edib.
Aktual.az xəbər verir ki, bu barədə Qırğızıstan Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
"İnsan hüquqları və azadlıqları dövlətin təməl dəyəridir və onları zəiflətmək olmaz. Konstitusiya ölkənin hüquq sisteminin bir hissəsi olan beynəlxalq müqavilələr üzrə öhdəliklərə riayət etməyi tələb edir. Bu baxımdan, qanun layihəsi referenduma təqdim edilə bilməz və təşəbbüsün həyata keçirilməsi ilə bağlı bütün prosedurlar dayandırılır”, - məlumatda deyilib.
Qeyd edək ki, oktyabrın 1-də Qırğızıstan Prezidenti Sadır Japarov uşaqlara təcavüz etmək, eləcə də qadınların təcavüzü və qətli üçün ölüm hökmünün tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin hazırlanmasına göstəriş vermişdi. Bu qərarın səbəbi isə İssık-Kulda 17 yaşlı qızın vəhşicəsinə qətlə yetirilməsi olmuşdu.
Xəbər 57 dəfə oxunub.