Yasamal rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev cərimələnib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, məhkəmə onun 100 manat cərimə olunması barədə qərar qəbul edib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsinə əsasən ittiham olunub.
Qeyd edək ki, B. Hacıyev ilə Yol Patrul Xidmətinin əməkdaşı olan polis nəfəri arasında mübahisə baş verib. Həmin polis əməkdaşı B. Hacıyevdən şikayət edib. Bundan sonra B. Hacıyev Yasamal rayon 27-ci Polis Bölməsinə çağırılıb.