Bakının Səbail Rayon Məhkəməsində ANS ÇM radiosunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti əsasında 9 işə baxılıb.
Aktual.az lent.az-a istinadən bildirir ki, məhkəmə radionun iddialarını təmin etməyib.
Qeyd edək ki, MTRŞ radionun cərimələnməsi barədə qərarlar qəbul edib. Lakin həmin qərarlarla razılaşmayan radio məhkəməyə müraciət edib.