Azərbaycan Yüksəliş Partiyasının dələduzluqda ittiham olunan sədri Anar Əsədli barəsində həbs qətimkan tədbirinin seçilməsi qərarından verilmiş şikayətə baxılıb.
Aktual.az-ın xəbərin görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən iclasda şikayət əsassız sayılaraq rədd olunub.
Nərimanov rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay 23 günlük həbs qətimkan tədbiri seçilib.//APA
Xəbər 253 dəfə oxunub.