Əfsanəvi boksçu Məhəmməd Əlinin 1974-cü ildə "Rumble in the Jungle" matçında Corc Formanı məğlub edərək qazandığı qızıl kəməri hərracda satılıb.
Qayanrinfo xəbər verir ki, sözügedən kəməri NFL (Milli Futbol Liqası) komandalarından olan "Indianapolis Colts" klubunun sahibi Cim İrsey 6,18 milyon dollara alıb. İrsey kəməri Amerika tarixi və pop mədəniyyəti ilə bağlı xatirə kolleksiyası üçün aldığını təsdiqləyib və sosial media hesabından bunun üçün qürur duyduğunu yazıb.
Kəmər avqustun 2-də Çikaqodakı "Navy Pier"də və sentyabrın 9-da İndianapolisdə nümayiş etdiriləcək.
ABŞ-ın əfsanəvi boksçusu, ağır çəkidə keçmiş dünya çempionu Məhəmməd Əli 2016-cı ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xəbər 436 dəfə oxunub.