Məhəmməd Əlinin malikanəsi əlcəklərindən ucuz satılır

Məhəmməd Əlinin malikanəsi əlcəklərindən ucuz satılır
  • DÜNYA

Əfsanəvi boksçu Məhəmməd Əlinin malikanəsi daşınmaz əmlak bazarında satışa çıxarılıb.


Aktual.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Filadelfiya ətrafında yerləşən malikanə 750 min dollara satılır.

1965-ci ildə meşəlik ərazidə tikilən malikanənin sahəsi 621 kvadratmetrdir.

Evdə 5 yataq otağı, 5 vanna otağı, 14 metr uzunluğunda bar, hovuz və həyətdə tennis kortu var.

Xatırladaq ki, bu ilin əvvəlində M.Əli və onun rəqibi Sonni Listonun əlcəkləri hərracda 956 min dollara satılmışdı. Həmin əlcəklər 1965-ci ildə tərəflər arasında məşhur döyüşdə istifadə edilmişdi.

Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR