Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

Dövlət Təhlükəsizlik Xidmətininin İstintaq Baş İdarəsində aparılan istintaq çərçivəsində PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev növbəti dəfə ifadə verib.
Aktual.az Gununsesi.info-ya istinadla xəbər verir ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyev dünən 7 saata yaxın müstəntiqlərin suallarını cavablandırıb.
Mehdiyevi dövlət tərəfindən təqdim edilən vəkil Zaur Abıyev müşayiət edib.
Məlumatda o da bildirilir ki, Ramiz Mehdiyev istintaqa gələrkən əlində əsa olub.
PA-nın sabiq rəhbəri CM-nin 274 (dövlətə xəyanət) və 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddələri ilə ittiham olunur.
Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Xəbər 38 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR