Çanaqqala zəfərinin 100-cü ildönümü ən tutarlı cavabdır millət vəkili

Çanaqqala zəfərinin 100-cü ildönümü ən tutarlı cavabdır     millət vəkili

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə "aprelin 24-də Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı Azərbaycan və Türkiyə olaraq birlikdə keçirəcəyəmiz tədbirlər qondarma "erməni soyqırımı" yalanlarının 100-cü ildönümünü qeyd edənlərə və onların arxasında dayananlara ən tutarlı cavab olacaq" deyib.


Millət vəkili Qənirə Paşayeva bu gün Parlamentin iclasında Çanaqqala zəfərinin 100-cü ildönümünün Azərbaycanda yüksək səviyyədə qeyd edilməsini təklif edib. O, millət vəkili həmkarı Fazil Mustafanın da bu istiqamətdə təkliflərini dəstəkləyib və bildirib ki, Çanaqqala zəfəri bütün Türk dünyasının zəfəridir. Çanaqqala zəfərində mindən artıq, bəzi araşdırmalara görə bundan daha da çox azərbaycanlının Anadoluda, Türkiyə torpaqlarında oradakı qardaş-bacılarımızla vətən mübarizəsində, mücadiləsində onların yanında olub və şəhid olaraq qəhrəmanlaşıblar. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyən millət vəkili Qənirə Paşayeva aprelin 24-də ölkəmizin rəhbəri cənab Prezident İlham Əliyevin də Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı Türkiyədə dövlət səviyyəsində keçiriləcək tədbirdə iştirak edəcəyi ilə bağlı məlumatlara toxunub və  bunu qardaşlığın ən gözəl nümunəsi adlandırıb.  Cənab Prezidentin Türkiyəyə rəsmi səfəri zamanı bu tədbirin aprelin 24-də keçiriləcəyinin önəminin xüsusi vurğulandığını diqqətə çatdıran millət vəkili Qənirə Paşayeva Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə həm qardaş Türkiyədə, həm də ölkəmizdə keçiriləcək tədbirlərin, birlik və bərabərlik içində keçirəcəyimiz tədbirlərin qondarma "erməni soyqırımı" iddiaları ilə çıxış edənlər və bu yalan iddiaların 100-cü ildönümü ilə bağlı Ermənistanda keçiriləcək tədbirlərdə iştirak edəcək bəzi güc və qüvvələrə də tutarlı cavab olacaq deyib.

Xəbər 1060 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR