Medvedyev Rasizadəni təbrik etdi

Medvedyev Rasizadəni təbrik etdi

Rusiyanın baş naziri Dmitri Medvedyev Böyük Vətən Müharibəsi Qələbəsinin 71 illiyi ilə bağlı azərbaycanlı həmkarı Artur Rasizadəyə təbrik teleqramı göndərib.

Aktual.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məktubda bildirilir ki, keçmiş sovet ölkələri gələcək nəslin azadlıq və xoşbəxtliyi üçün vətən uğrunda canlarından keçmiş xilaskar döyüşçülərin şücaətini daim xatırlayır. O əminliyini bildirib ki, döyüş meydanındakı dostluq və qardaşlıq ölkələr arasında çoxtərəfli əməkdaşlıq üçün etibarlı əsas təşkil edəcək.

Təbrik məktubu Azərbaycanla yanaşı, digər MDB ölkələrinin baş nazirlərinə də göndərilib.

Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR